Menyu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarus toplanışını başa vurub

Operativ Media
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarus toplanışını başa vurub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Operativ Media xəbər verir ki, Avropa Liqasına hazırlıqlarını davam etdirən yığmamız 22-27 may tarixlərində Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli “Minsk” klubu ilə iki yoxlama oyunu keçirib. Komandamız hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).

Qeyd edək ki, millimiz Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək. Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər