Menyu

Lionel Messinin zədəsinin detalları bəlli oldu

Operativ Media
Lionel Messinin zədəsinin detalları bəlli oldu

"İnter Mayami" klubunun hücumçusu Lionel Messinin tibbi müayinədən keçdikdən sonra sol ayağında əzələ yorğunluğu aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Onun fiziki fəaliyyətə qayıtma müddəti klinik və funksional bərpa prosesinin gedişatından asılı olacaq", - deyə məlumatda qeyd edilib.

38 yaşlı argentinalı futbolçu MLS-in müntəzəm çempionatı çərçivəsində keçirilən "İnter Mayami" – "Filadelfiya" oyununun 73-cü dəqiqəsində əvəzlənib. Oyun epizodlarının birində hücumçu sol budunun yuxarı hissəsindən yapışıb, daha sonra əvəzlənməsini istəyərək birbaşa geyinmə otağına yollanıb.

Messi 2025-ci il mövsümündə əzələ problemləri səbəbindən "İnter Mayami"nin dörd oyununu buraxmalı olub.

Hücumçunun adı Argentina millisinin 2026-cı il dünya çempionatının final mərhələsi üçün genişləndirilmiş heyətinə daxil edilib. Milli komanda iyunun 17-də Əlcəzair yığması ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər