Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb
Operativ Media
Bu ilin yanvar-mart aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 20,7 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.
Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə cari ilin mart ayında qeyd edilən regiondan gələnlərin sayı 7,8 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin mart ayına nisbətdə 3,7 faiz, cari ilin fevral ayına nisbətdə isə 15,4 faiz çoxdur.
2026-cı ilin mart ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə:
Ukrayna
Belarus
Polşa
Macarıstan
Moldova
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net