DÇ-2026-nın kuboku Kanadanın baş naziri Mark Karniyə təqdim olundu
FİFA prezidenti Canni İnfantino DÇ-2026 ərəfəsində dünyanın ən nüfuzlu yarışının kubokunu Kanadanın baş naziri Mark Karniyə təqdim edib.
Operativ Media xəbər verir ki, məlumatı TSN yayıb.
Mənbənin məlumatına görə, kubokun simvolik təhvil verilməsi açılış mərasiminin bir hissəsi olaraq Ottavada baş tutub.
Karni Şimali Amerika ölkəsində futbolun populyarlığı son illərdə xeyli artdığını, ölkəsinin həm kişi, həm də qadın milli komandalarının beynəlxalq arenada əhəmiyyətli uğurlar qazanmasına imkan verdiyini bildirib. O, xüsusilə, qadınların 2021-ci il Tokio Olimpiadasında qızıl medal qazanmasını, kişilərin komandasının isə 1986-cı ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazanmasını vurğulayıb.
DÇ-2026 iyunun 11-də start götürəcək və 19 iyula kimi davam edəcək. Mundial ABŞ, Kanada və Meksikada keçiriləcək. Kanada B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə ilə qarşılaşacaq.