Menyu

Azərbaycanın qadın sablyaçıları Limada 24 komanda arasında 6-cı oldu

Operativ Media
Azərbaycanın qadın sablyaçıları Limada 24 komanda arasında 6-cı oldu

Perunun paytaxtı Lima şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokuna yekun vurulub.

Operativ Media xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət millimiz komanda yarışında yekun sıralamada 24 ölkə arasında 6-cı olub. İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya seçmə kollektivini 45:39 hesabı ilə məğlub edib. 

Bürünc medalın bir addımlığında olan millimiz yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş Polşa yığmasının 45:44 hesablı qələbəsi ilə başa çatıb. 

Komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya Respublikası yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər