Lionel Messi MLS matçında zədələndi
Operativ Media
"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatı çərçivəsində "Filodelfiya"ya qarşı keçirilən ev oyununun (6:4) 73-cü dəqiqəsində zədə səbəbindən əvəzlənib.
Operativ Media xəbər verir ki, 38 yaşlı argentinalı futbolçunun zədəsinin dərəcəsi barədə hələlik məlumat yoxdur. O, bu qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb. Messi 2025-ci il mövsümündə də əzələ problemləri ucbatından "İnter Mayami"nin dörd oyununu buraxmalı olmuşdu.
Hücumçu Argentina millisinin 2026-cı il dünya çempionatının final mərhələsi üçün genişləndirilmiş heyətinə daxil edilib. Milli komanda iyunun 17-də Əlcəzair yığması ilə qarşılaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net