Menyu

Qaziantep Bələdiyyə sədri Fatma Şahin Bakıda “Predo” fabrikini ziyarət edib

Operativ Media
Qaziantep Bələdiyyə sədri Fatma Şahin Bakıda “Predo” fabrikini ziyarət edib

WUF 2026 tədbiri çərçivəsində Bakıda səfərdə olan Türkiyənin tanınmış siyasətçisi və Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri Fatma Şahin “Predo” markasının fabrikini ziyarət edərək müəssisənin istehsal imkanları ilə tanış olub.

Operativ Media xəbər verir ki, 2011–2013-cü illərdə Türkiyə Respublikasının ilk Ailə və Sosial Siyasət naziri vəzifəsində çalışmış, hazırda isə Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri olan Fatma Şahin müəssisə rəhbərliyi ilə görüş keçirib.

Səfər zamanı qonaq fabrikin istehsal prosesi, texniki imkanları və məhsul çeşidləri ilə yaxından tanış olub.

Ziyarət çərçivəsində “Predo” rəhbərliyi tərəfindən müəssisənin fəaliyyəti, istehsal gücü və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, fabrikdə müasir texnologiyalardan istifadə olunur və istehsal prosesində beynəlxalq keyfiyyət standartlarına xüsusi önəm verilir.

Görüş zamanı iş adamı İbrahim Uyğur ilə bir araya gələn Fatma Şahin fabrikin fəaliyyəti, istehsal imkanları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.

Ziyarət xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər