Ana səhifə / İqtisadiyyat / Azərbaycanın Ermənistana ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb Azərbaycanın Ermənistana ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb 18.05.2026, 11:02 Operativ Media Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib. Operativ Media xəbər verir ki, bu barədə report-a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb. 4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.