Menyu

WUF13 çərçivəsində Uşaq və Gənclər Assambleyası keçirilib

Operativ Media
 WUF13 çərçivəsində Uşaq və Gənclər Assambleyası keçirilib

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bizim evlərimiz, bizim gələcəyimiz: uşaqlara yönəlmiş həllər və yaşanılabilən şəhərlər üçün gənclərin təşəbbüsləri” mövzusunda Uşaq və Gənclər Assambleyası keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə BMT nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri, gənclər təşkilatlarının təmsilçiləri, şəhərsalma üzrə ekspertlər və müxtəlif ölkələrdən gələn gənclər iştirak ediblər.

Assambleyada uşaqlar və gənclər üçün təhlükəsiz, inklüziv və dayanıqlı şəhər mühitinin formalaşdırılması, urbanizasiya prosesində gənclərin iştirakının artırılması, iqlim dəyişikliklərinin şəhər həyatına təsiri və sosial inklüzivlik məsələləri müzakirə olunub.

Müxtəlif ölkələrdən olan iştirakçılar urban çağırışlarla bağlı təcrübə mübadiləsi aparıb, həll yolları üzrə ortaq təşəbbüslər və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tədbirin əsas məqsədi uşaqların və gənclərin şəhərsalma siyasətinin formalaşdırılmasında iştirakını təşviq etmək, onların ideya və təşəbbüslərini qlobal urban gündəliyinin mühüm hissəsinə çevirməkdir.

Əlaqəli Xəbərlər