Menyu

UN-Habitat: Ötən il 260 mindən çox insanın su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşdırılıb

Operativ Media
UN-Habitat: Ötən il 260 mindən çox insanın su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşdırılıb

2025-ci ildə dəstəklənən 42 tərəfdaşlıq layihəsi nəticəsində 260 mindən çox insanın su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşdırılıb.

Operativ Media xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansının Assambleyasında (GWOPA) çıxışı zamanı səsləndirib.

O, həmçinin Almaniyanın Bonn şəhərində keçirilən VI Qlobal Su Konqresinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformaya çevrildiyini bildirib.

Anaklaudia Rossbax vurğulayıb ki, ilk dəfə olaraq kommunal xidmət operatorları və xidmət təminatçıları Ümumdünya Şəhərsalma Forumu prosesində ayrıca maraqlı tərəf qrupu kimi tanınıb: “Bu, su və sanitariya sektorunun dayanıqlı şəhərlərin inkişafındakı rolunun beynəlxalq səviyyədə daha geniş qəbul olunduğunu göstərir”.

Əlaqəli Xəbərlər