Menyu

"Çelsi" ispaniyalı mütəxəssisə tapşırıldı

Operativ Media
"Çelsi" ispaniyalı mütəxəssisə tapşırıldı

İngiltərənin “Çelsi” komandasının yeni baş məşqçisinin adı açıqlanıb.

Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Xabi Alonso təyin olunub.

İspaniyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb. London təmsilçisində Liam Rosenyoru əvəzləyən çalışdırıcı yeni işinə iyulun 1-də başlayacaq.

Qeyd edək ki, Xabi Alonso son olaraq ölkəsində çalışıb. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər "Real Madrid"ə başçılıq edib.

Əlaqəli Xəbərlər