Menyu

Konqo 2026–2036-cı illər üçün yeni şəhərsalma və urbanizasiya planı hazırlayır

Operativ Media
Konqo 2026–2036-cı illər üçün yeni şəhərsalma və urbanizasiya planı hazırlayır

Konqo hazırda 2026–2036-cı illəri əhatə edən urbanizasiya və yaşayış mühiti üzrə onillik plan hazırlayır. Ölkəmiz hazırda görünməmiş urbanizasiya prosesi yaşayır. Hər il şəhərlərə bir milyondan çox yeni sakin köçür. Təxminən 17 milyon əhalisi olan paytaxt Kinşasa dünyanın ən sürətlə böyüyən meqapolislərindən biridir.

Operativ Media xəbər verir ki, bu sözləri Konqonun şəhərsalma və mənzil tikintisi naziri Alfons Klod Nsilu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nazirlər səviyyəsində keçirilən dəyirmi masada bildirib.

Nazir qeyd edib ki, ölkədə mənzil çatışmazlığı 9 milyon təşkil edir və hökumət urbanizasiyanı milli prioritet elan edib. Konqolu nazir bildirib ki, hazırlanan plan urbanizasiyanın iqtisadi, sosial və ekoloji inkişaf alətinə çevrilməsini hədəfləyir. Plan çərçivəsində qabaqlayıcı şəhərsalma, iri şəhər inkişaf layihələri və iqtisadi dəhlizlər boyunca kiçik və orta şəhərlərin inkişafı nəzərdə tutulur.

Əlaqəli Xəbərlər