Menyu

Nga Kor Minq: Yeni şəhərsalma gündəliyinin icrası üçün qlobal əməkdaşlıq və praktiki addımlar vacibdir

Operativ Media
Nga Kor Minq: Yeni şəhərsalma gündəliyinin icrası üçün qlobal əməkdaşlıq və praktiki addımlar vacibdir

Bu gün dünyanın qarşısında duran əsas çağırışlardan biri hər kəs üçün əlçatan, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin yaradılmasıdır. Bu məsələ yalnız texniki yanaşma deyil, insanların rifahına və gələcəyinə xidmət edən strateji istiqamətdir”.

Operativ Media xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının hazırkı prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Minq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı səsləndirib.

O bildirib ki, yeni şəhərsalma gündəliyi ilə bağlı qlobal çağırışlar artıq yalnız bəyanat səviyyəsində qalmamalı, konkret fəaliyyətlərlə müşayiət olunmalıdır. Onun sözlərinə görə, həm milli hökumətlər, həm də yerli idarəetmə orqanları bu prosesdə fəal iştirak etməlidirlər.

Əlaqəli Xəbərlər