Menyu

Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti qolunu vurdu

Operativ Media
Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti qolunu vurdu

Bolqarıstan çempionatında 35-ci turun oyunları keçirilir.

Operativ Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” evdə Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb.

Matç “Arda”nın qələbəsi ilə başa çatıb – 4:0.

Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 48-ci dəqiqədə sarı vərəqə alıb, 52-ci dəqiqədə isə komandasının sonuncu qolunu vurub,

“Arda” hazırda 51 xalla 7-ci pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər