Menyu

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 8 medal qazandılar

Operativ Media
Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 8 medal qazandılar

Polşanın Bielsko-Biala şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa Kubokunda Azərbaycan millisi ilk yarış gününü böyük uğurla başa vurub.

Operativ Media xəbər verir ki, idmançılarımız ümumilikdə 8 medal qazanaraq medal əyarına görə ümumi hesabda birinci pilləyə yüksəliblər. Millinin aktivinə 2 qızıl, 2 gümüş və 4 bürünc medal yazılıb.

Oğlanlar arasında İbrahim Talıbov 55 kiloqram çəki dərəcəsində, qızlar arasında isə Könül Eyvazlı 48 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. 66 kiloqram çəkidə yarışan İlkin Qarayev və 40 kiloqram çəkidə çıxış edən Zəhra Quliyeva gümüş medala sahib çıxıblar. Bürünc medalları isə Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq) və Pərvin Sevxanlı (44 kq) komandamızın aktivinə daxil ediblər.

Əlaqəli Xəbərlər