Menyu

WUF13-də infosessiya keçiriləcək

Operativ Media
WUF13-də infosessiya keçiriləcək

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 17-də "Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək.

Bu barədə Operativ Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bundan başqa, "AZCON Holding"in stendində (D15) dəmir yollarının urbanizasiyanın inkişafındakı roluna həsr olunmuş rəqəmsal təqdimatları olacaq.

"Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası" mövzusunda daha bir infosessiya isə mayın 19-da təşkil ediləcək.

Qeyd edək ki, ADY 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13 ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər