"Qarabağ" "İmişli"ni, "Şamaxı" "Turan Tovuz"u qəbul edir
Operativ Media
Azərbaycan Premyer Liqasında XXXII tur davam edir.
Operativ Media xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutacaq.
"Qarabağ" doğma meydanda "İmişli"ni qəbul edəcək. Saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Əmin Əliyev idarə edəcək.
"Turan Tovuz" isə səfərdə "Şamaxı"nı qəbul edəcək. Rəvan Həmzəzadənin idarə edəcəyi görüş Şamaxı şəhər stadionunda saat 17:00-da start götürəcək.