Menyu

FİFA 2026-cı il Dünya Çempionatının rəsmi mahnısını təqdim etdi

Operativ Media
FİFA 2026-cı il Dünya Çempionatının rəsmi mahnısını təqdim etdi

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının final mərhələsinin rəsmi mahnısını təqdim edib.

Operativ Media xəbər verir ki, "Dai Dai" adlanan bəstəni kolumbiyalı müğənni Şakira və nigeriyalı ifaçı, mahnı müəllifi Burna Boy ifa ediblər.

FIFA-nın bəyanatında deyilir: "Dai Dai" mahnısı Şakira və Burna Boyun enerjisi ilə dünya musiqisinin ritmlərini birləşdirərək futbolun, mədəniyyətin və birliyin parlaq bayramına çevrilir".

Mayın əvvəlində Şakira sosial şəbəkələrdə yeni mahnının bir dəqiqəlik tizerini paylaşmışdı.

Bu, daha əvvəl dünyaya "Waka Waka" (2010) və "La La La" (2014) kimi hitlər bəxş etmiş Şakiradan növbəti futbol kompozisiyasıdır.

FIFA bildirib ki, iri striminq platformalarında yayımlanacaq mahnının dinləmələrindən əldə olunan gəlirlər "FIFA Global Citizen Education Fund" təhsil fonduna köçürüləcək.

Mayın 14-də FIFA həmçinin elan edib ki, 19 iyulda Nyu-Cersidə keçiriləcək DÇ-2026-nın final matçının fasiləsində Şakira, amerikalı müğənni Madonna və Koreyanın "BTS" qrupunun iştirakı ilə möhtəşəm şou baş tutacaq.

Əlaqəli Xəbərlər