Menyu

İran millisinin Dünya Çempionatında iştirakı vizalar səbəbindən risk altındadır

Operativ Media
İran millisinin Dünya Çempionatında iştirakı vizalar səbəbindən risk altındadır

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bəyan edib ki, milli komanda DÇ-2026-nın final mərhələsində iştirak etmək üçün ABŞ-yə giriş vizalarını hələ də almayıb.

Operativ Media xəbər verir ki, bu haqda İRNA agentliyi məlumat yayıb.

"Sabah və ya o biri gün FİFA ilə həlledici görüşümüz keçiriləcək. Onlar bizə zəmanət verməlidirlər, çünki viza məsələsi hələ də həll olunmayıb. Qarşı tərəfdən vizaların kimə verildiyi barədə heç bir məlumat almamışıq. Hazırda bir dənə də olsun viza verilməyib", — deyə məlumatda qeyd edilib.

Tacın sözlərinə görə, oyunçular viza prosesi çərçivəsində barmaq izlərinin götürülməsi üçün Türkiyənin paytaxtı Ankaraya uçmalı idilər.

"Futbolçular daktiloskopiya üçün Ankaraya getməlidirlər, lakin biz bunu Antalyada təşkil etməyə çalışırıq ki, Ankaraya getməyə ehtiyac qalmasın", — deyə Tac bildirib.

İran fevralın 28-dən bəri ABŞ və İsrail ilə müharibə vəziyyətindədir, aprelin 8-dən isə müvəqqəti atəşkəs rejimi qüvvədədir.

Öz növbəsində, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bəyan edib ki, ev sahibi olan ölkə hər hansı komandanın dünya çempionatında iştirakına mane olmaq üçün "siyasi fikir ayrılıqlarından, sanksiyalardan və ya öz birtərəfli daxili siyasi qərarlarından" istifadə edə bilməz.

"Əgər təşkilatçı qurum İran da daxil olmaqla, vəsiqə qazanmış bütün komandaların ev sahibi ölkəyə ayrı-seçkilik və ya məhdudiyyət olmadan daxil ola biləcəyinə zəmanət verə bilmirsə, dünya çempionatının nüfuzuna xələl gələcək", — deyə Qəribabadi "X" sosial şəbəkəsində yazıb.

Əlaqəli Xəbərlər