AFFA UEFA lisenziyalı məşqçilik kursları üçün yeni təlim proqramına başlayır
Operativ Media
AFFA tərəfindən UEFA lisenziyalı məşqçilik kurslarının əhatə dairəsinin genişləndirilməsi və yeni məşqçi təlimçilərinin hazırlanması məqsədilə növbəti təlim təşkil olunacaq.
Təlimin əsas məqsədi UEFA lisenziya kurslarının tədrisinə cəlb oluna biləcək potensial məşqçi təlimçilərini müəyyən etmək və onların tədris, fasilitasiya, praktiki məşğələ aparma, rəyvermə və qiymətləndirmə bacarıqlarını inkişaf etdirmək, həmçinin UEFA lisenziya kurslarının tədrisinə cəlb oluna biləcək potensial mütəxəssisləri müəyyənləşdirməkdir.