Menyu

"Sabah" "Lill"dən daha bir futbolçu transfer edir

Operativ Media
"Sabah" "Lill"dən daha bir futbolçu transfer edir

Növbəti mövsüm avrokuboklarda iddialı olmaq istəyən "Sabah" yeni futbolçu transfer edir.

Operativ Media Sport24.az-a istinadən xəbər verir ki,  Azərbaycan çempionu "Lill"də çıxış edən Yunes Laşaabla anlaşıb.

21 yaşlı vingerlə yaxın günlərdə müqavilə imzalanacaq.

Liqa 1 təmsilçisində cəmi 2 matça çıxan Yunes Laşaab əsasən klubun əvəzedici komandasında oynayır.

Bu, "Lill"dən "Sabah"a keçən ilk oyunçu deyil. Mövsümün əvvəlində icarə əsasında "Sabah"da çıxış edən Aaron Maluda ilə yanvar ayında dörd illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Sabah" növbəti mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaq.

Əlaqəli Xəbərlər