Menyu

Səudiyyə Ərəbistanının Suveren Fondu dünya çempionatının tərəfdaşı oldu

Operativ Media
Səudiyyə Ərəbistanının Suveren Fondu dünya çempionatının tərəfdaşı oldu

Səudiyyə Ərəbistanının Suveren Fondu (PIF) 2026-cı il dünya çempionatının final mərhələsinin rəsmi tərəfdaşı olub.

Operativ Media xəbər verir ki, bu barədə "AP" agentliyi məlumat yayıb.

Krallığın dövlət investisiya fondundan bildirilib ki, idman prioritet sahədir, futbol isə Səudiyyə Ərəbistanının hazırkı transformasiyası üçün həlledici əhəmiyyət kəsb edir. Şimali Amerika və Asiyanı əhatə edən müqavilənin dəyəri açıqlanmayıb.

Neftlə zəngin olan bu ölkə 2034-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu qazanıb. PIF, həmçinin 2025-ci il klublararası dünya çempionatının da kommersiya tərəfdaşı olub.

PIF-ə məxsus olan "SURJ Sports Investment" şirkəti klublararası dünya çempionatının oyunlarını yayımlayan "DAZN" onlayn striminq platformasında pay sahibidir.

Səudiyyə Ərəbistanı neftdən güclü asılılığı azaltmaq və gəlir gətirən digər sahələri araşdırmaq məqsədilə beynəlxalq idman aləmində əsas diqqətini məhz futbol istiqamətinə yönəldib.

Əlaqəli Xəbərlər