Menyu

Mbappe: "Əsl səhvim "Real"la titul qazanmamaqdır"

Operativ Media
Mbappe: "Əsl səhvim "Real"la titul qazanmamaqdır"

"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya çempionatının 36-cı turunda "Ovyedo" üzərində qazanılan qələbədən (2:0) sonra "Barselona" ilə oyundan əvvəl İtaliyaya getdiyi üçün tənqid olunmasına münasibət bildirib.

Operativ Media xəbər verir ki, Mbappe məsələ ilə bağlı bu sözləri deyib: 

"İtaliya səfərim? Klubdan icazə almışdım və İspaniyadan kənara çıxan yeganə oyunçu mən deyildim. İtaliyaya getməklə səhv etdiyimi soruşursunuz? Mənim əsl səhvim bu mövsüm "Real"la heç bir titul qazana bilməməyimdir".

Zədə səbəbindən La Liqanın son iki turunu buraxan 27 yaşlı fransız hücumçu bu matçın 69-cu dəqiqəsində meydana daxil olub və məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda "Real Madrid" 80 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. 29 xalı olan "Ovyedo" isə sonuncu yerdə qərarlaşıb.

Əlaqəli Xəbərlər