Ana səhifə / İdman / Premyer Liqa: "Karvan-Yevlax" "Qəbələ"yə, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı Premyer Liqa: "Karvan-Yevlax" "Qəbələ"yə, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı 15.05.2026, 09:01 Operativ Media Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək.Operativ Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.Əvvəlcə "Karvan-Yevlax" və "Qəbələ" komandaları qarşılaşacaqlar. Matç saat 17:00-da Yevlax şəhər stadionunda oynanılacaq.Digər görüşdə isə "Araz-Naxçıvan" "Socar Polimer Arena"da "Kəpəz"i qonaq edəcək. Oyun saat 19:30-da başlayacaq.