Menyu

Slot gələcəyi ilə bağlı danışdı: “Liverpul”dakı mövqeyimə inanıram

Operativ Media
Slot gələcəyi ilə bağlı danışdı: “Liverpul”dakı mövqeyimə inanıram

"Liverpul"un baş məşqçisi Arne Slot 2026/27 mövsümündə də komandadakı gələcəyinə əmin olduğunu bildirib.

Operativ Media xəbər verir ki, niderlandlı mütəxəssis bu haqda BBC-yə müsahibəsində bildirib.

"Bu qərarı təkbaşına verdiyimi düşünmürəm, lakin növbəti mövsümdə də "Liverpul"un baş məşqçisi olacağıma inanmaq üçün bütün əsaslarım var. İlk növbədə, bu klubla müqaviləm var, ikincisi isə apardığımız bütün danışıqlardan bu nəticəyə gəlmək olar. Mənim mövqeyim belədir.

Əgər xüsusilə ötən illə müqayisədə ən yaxşı mövsümünü keçirmirsənsə... Digər mövsümlərlə müqayisə etsək, müzakirələr fərqli ola bilər, lakin ötənilki ilə müqayisədə bu mövsüm, şübhəsiz ki, möhtəşəm keçmədi və tənqidlərin olması normaldır.

Hər birimiz tənqidlərdən öz payımızı aldıq. "Hər kəs" dedikdə, futbolçuların, məşqçinin və klubdakı digər insanların öz payını almasını nəzərdə tuturam. Əgər liqada çempion ola bilmirsənsə, günümüzdə işlər belə yürüyür", — deyə o, qeyd edib.

47 yaşlı Slot 2024-cü ilin iyul ayından "Liverpul"da çalışır. Onun müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Slotun rəhbərliyi altında İngiltərə təmsilçisi çıxdığı 111 matçda 66 qələbə qazanıb, 17 dəfə heç-heçə edib və 28 məğlubiyyətlə üzləşib. Komanda 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.

Əlaqəli Xəbərlər