"İnter"in İtaliya Kubokundan qazandığı məbləğ bəlli oldu
"İnter" 2025/26 mövsümündə İtaliya Kubokundakı iştirakı nəticəsində 7,1 milyon avro mükafat qazanıb.
Operativ Media xəbər verir ki, bu haqda "Calcio e Finanza" nəşri məlumat yayıb.
Mənbə bildirir ki, final oyununda "Latsio" üzərində qazanılan qələbəyə görə (2:0) klub 4,4 milyon avro məbləğində bonus əldə edib. Bundan əlavə, "İnter" yarımfinala yüksəldiyi üçün 1,5 milyon, dördddəbir final üçün 800 min, 1/8 finalda iştirak üçün isə 400 min avro qazanıb.
"Latsio"nun bu turnirdəki ümumi qazancı 4,6 milyon avro təşkil edib. Finalda məğlub olan tərəf kimi klub 1,9 milyon avro əldə edib. Roma təmsilçisi də "İnter" kimi yarımfinala görə 1,5 milyon, dördddəbir finala görə 800 min, 1/8 finala görə isə 400 min avro gəlir götürüb.
İtaliya Kubokunun 2025/26 mövsümünün final matçı eyni anda həm müsbət, həm də mənfi rekordla yadda qalıb. Oyunda təxminən 5,6 milyon avro məbləğində bilet satışı ilə yeni kassa rekordu müəyyənləşib. Lakin televiziya tamaşaçıları arasında qarşılaşmaya olan maraq aşağı olub: bu final, turnirin tək oyundan ibarət formatda keçirilməyə başladığı 2008-ci ildən bəri ən az izlənən həlledici oyun olub.
"Latsio" və "İnter" arasındakı qarşılaşma Romanın "Olimpiko" stadionunda keçirilib və oyunu təxminən 69 min tamaşaçı izləyib.