Menyu

"Real Madrid"də prezident seçkiləri: Florentino Peres yenidən namizəddir

Operativ Media
"Real Madrid"də prezident seçkiləri: Florentino Peres yenidən namizəddir

"Real Madrid" klubu prezident və idarə heyəti üzvləri üçün növbədənkənar seçkilərin keçirilməsinə dair qərar qəbul edib.

Operativ Media xəbər verir ki, namizədlərin müraciətləri 14-23 may tarixləri arasında qəbul olunacaq.

Səsvermənin keçiriləcəyi vaxt və məkan daha sonra müəyyənləşəcək. Klub üzvləri, həmçinin poçt vasitəsilə də səs verə biləcəklər.

Klubun hazırkı prezidenti Florentino Peres komandanın 2025/26 mövsümündəki qeyri-qənaətbəxş nəticələrindən sonra növbədənkənar seçkilərin keçiriləcəyini elan edib. İstifa verməyən 79 yaşlı ispan rəhbər bu seçkilərdə yenidən iştirak etmək niyyətindədir. Onun mövcud səlahiyyət müddəti 2029-cu ildə başa çatır.

2025/26 mövsümündə Madrid təmsilçisi heç bir titul qazana bilməyib: "Barselona" İspaniya çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib, "Real" isə İspaniya Kuboku və Çempionlar Liqasında mübarizəni artıq dayandırıb.

Əlaqəli Xəbərlər