Menyu

Litva səfirliyi "Sabah"ı və Valdas Dambrauskası təbrik etdi

Operativ Media
Litva səfirliyi "Sabah"ı və Valdas Dambrauskası təbrik etdi

Litvanın Bakıdakı səfirliyi "Sabah" FK-nı və baş məşqçi Valdas Dambrauskası "qızıl dubl" münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

"Azərbaycan Kubokunun qalibi olması münasibətilə “Sabah” FK-nın baş məşqçisi Valdas Dambrauskası, futbolçuları və bütün “Sabah” ailəsini ürəkdən təbrik edirik! 

Litva mütəxəssislərinin Azərbaycandakı mühüm idman nailiyyətlərinə verdiyi töhfəni görmək və idman vasitəsilə ölkələrimiz arasında xalqlararası əlaqələrin güclənməsinə şahidlik etmək bizə qürur verir.

Bizə "Litva ilə qürur duyuruq" demək üçün növbəti səbəbi bəxş edən baş məşqçi Valdas Dambrauskasa, eləcə də litvalı məşqçilər Yustinas Qasiunas və Yonas Skinderisə təşəkkürümüzü bildiririk!", - deyə paylaşımda qeyd edilib.

Əlaqəli Xəbərlər