Menyu

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7 faizdən çox artıb

Operativ Media
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7 faizdən çox artıb

Bu ilin yanvar-aprel aylarında ölkənin sənaye sektorunda 21 120,4 milyon manat dəyərində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya bildirilib ki, hesabat dövründə neft-qaz sektoru üzrə məhsulun istehsal dəyəri 14 028,2 milyon manat (-0,9 faiz), qeyri-neft-qaz sektorunda isə 7 092,2 milyon manat (+7,2 faiz) təşkil edib.

Sənaye məhsulunun 59,4 faizi mədənçıxarma sektorunda, 33,4 faizi emal sektorunda, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.


Əlaqəli Xəbərlər