Menyu

"Sabah" Puxaçla 3 illik müqavilə imzaladı - RƏSMİ

Operativ Media
"Sabah" Puxaçla 3 illik müqavilə imzaladı - RƏSMİ

“Sabah” FK müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

Operativ Media xəbər verir ki, Masazır təmsilçisi 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb.

Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Puxaç ötən ilin sentyabr ayından "bayquşlar"ın uğurları üçün çalışır. O, cari mövsümdə “Sabah”ın heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər