Azərbaycanın Sinqapurla ticarət dövriyyəsi 2 dəfədən çox artıb
Operativ Media
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Sinqapurla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 2,1 dəfə artaraq 13,3 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Sinqapurla ticarətin payı 0,14 faiz təşkil edib.