Joze Mourinyo ilə "Real Madrid" arasındakı razılaşma yekunlaşmaq üzrədir.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Mənbə bildirir ki, tərəflər arasında keçirilən yeni müsbət danışıqlardan sonra mütəxəssis bütün şərtləri qəbul etməyə hazır olduğunu bildirib.
Məsələnin tam rəsmiləşməsi bir neçə gün vaxt aparacaq. Belə ki, Florentino Peresin yeni seçkilər elan etməsindən sonra prosesin irəliləyəcəyi gözlənilir.
Mourinyo bu keçidə tam hazırdır və "Benfika" ilə yeni müqavilə danışıqlarını dayandırıb. İndi bütün diqqətlər Florentino Peresin verəcəyi son qərardadır.