"Neftçi" ardıcıl 3-cü dəfə Yüksək Qızlar Liqasında çempion oldu
Operativ Media
"Neftçi"nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub.
Operativ Media xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun yetirmələri sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.
Bununla da “ağ-qaralar” növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.