Menyu

"Lion"un sabiq bombardiri vəfat etdi

Operativ Media
"Lion"un sabiq bombardiri vəfat etdi

Fransanın "Lion" klubunun tarixində ən çox qol vuran futbolçu Fleri Di Nallo 83 yaşında vəfat edib.

Operativ Media xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransalı sabiq hücumçu "Lion"un heyətində 494 oyunda 222 dəfə fərqlənib. O, komanda ilə üç dəfə Fransa Kubokunu (1964, 1967, 1973) və bir dəfə Fransa Superkubokunu (1973) qazanıb.

Fleri Di Nallo "Lion"dan əlavə, "Red Star" və "Monpelye" klublarında da oynayıb. O, Fransa millisində 10 oyun keçirib və 8 qol vurub.

Əlaqəli Xəbərlər