Seru Qirassi bu yay "Borussiya Dortmund"dan ayrılmaq istəyir.
Operativ Media "Sky Germany"yə istinadən xəbər verir ki, qvineyalı hücumçu Bundesliqadan kənarda yeni çağırışlara açıqdır və bir neçə nəhəng klub mövcud vəziyyəti yaxından izləyir. Hazırda "Milan", "Tottenhem" və "Fənərbaxça" futbolçu ilə maraqlanan əsas klublardır.
Yaxın həftələrdə ulduz forvardın transferi uğrunda böyük rəqabətin yaşanacağı gözlənilir.