Manuel Noyer “Bavariya” ilə yeni müqavilə imzalamağa yaxındır
Operativ Media
“Bavariya”nın qapıçısı Manuel Noyer yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacaq.
Operativ Media xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, razılaşma Münhen təmsilçisinin Bundesliqanın son turunda “Köln”ə qarşı keçirəcəyi oyuna qədər baş tutmalıdır. Sözügedən qarşılaşma mayın 16-da keçiriləcək. Yeni müqaviləyə əsasən, Noyerin maaşının azaldılacağı gözlənilir. Razılaşma 2027-ci ilə qədər nəzərdə tutulub.
Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. 40 yaşlı qapıçı cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb, 39 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.