"Mançester Siti"nin baş məşqçisi VAR-dan narazıdır
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının hakimlərin yanlış qərarlarından əziyyət çəkdiyini hesab edir.
Operativ Media xəbər verir ki, o, nümunə olaraq “şəhərlilər”in məğlub olduğu 2024 və 2025-ci il İngiltərə Kubokunun finallarındakı epizodları göstərib.
BBC ispan mütəxəssisin bu sözlərini sitat gətirib:
“Biz İngiltərə Kubokunun iki finalını uduzduq, çünki hakimlər və VAR öz işlərini lazımi səviyyədə görmədilər. Belə hallar baş verdikdə biz hakimləri və ya VAR-ı günahlandırmaq əvəzinə, daha yaxşı oynamalıyıq. Mən bura gəldiyim uzun illər ərzində heç vaxt heç nəyə arxayın olmamışam. Həmişəlik dərk etmişəm ki, sən hər şeyi daha yaxşı etməli və ən yaxşı mövqedə olmalısan. Çünki VAR püşk (qəpik atmaq) kimidir və bu zaman yalnız öz görməli olduğun işə görə özünü günahlandıra bilərsən”.
“Mançester Siti” 35 oyundan sonra 74 xalla İngiltərə çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.