"Milan" "Yuventus"un hücumçusunu istəyir
Operativ Media
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını “Milan”da davam etdirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, əgər Massimiliano Alleqri komandanın baş məşqçisi postunda qalarsa, “Milan” 26 yaşlı serbiyalı futbolçuya təklif göndərə bilər. İyunun sonunda turinlilərlə müqaviləsi başa çatacaq Vlahoviç azad agent statusu alacaq.
Forvard 2022-ci ildən “Yuventus”da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 21 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.