Avropa Kubokunda Azərbaycanı 31 cüdoçu təmsil edəcək
16–17 may tarixlərində Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 31 cüdoçu (17 oğlan, 14 qız) ilə təmsil olunacaq. Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Beynəlxalq turnirdə 36 ölkədən 786 idmançı (449 oğlan, 337 qız) qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Oğlanlar
-50 kq
Nihad Ağayev
Fərid Rzazadə
-55 kq
Fərid Xudiyev
İbrahim Talıbov
Rza Xəlilli
-60 kq
Mehman Əsgərov
Məhəmmədəli Hüsiyev
-66 kq
İlkin Qarayev
Elgün Ələkbərov
-73 kq
Sadiq Məmmədov
Yusuf Nəzər
-81 kq
Yaqub Məmmədov
Ayxan Həsənli
-90 kq
Ömər Axundov
Nurəddin Əliyev
+90 kq
Tamerlan Əliyev
Ruslan Kazımov
Qızlar
-40 kq
Sunay Salamova
Zəhra Quliyeva
-44 kq
Pərvin Sevxanlı
Fatimə Abdullayeva
-48 kq
Könül Eyvazlı
Fatimə Fərmanzadə
-52 kq
Zəhra Mövləmverdiyeva
Tövsiyyə Babayeva
-57 kq
Gülnaz Məmmədtağıyeva
Səmayə Yusifli
-63 kq
Nəzakət Vəliyeva
Zilan Hüseynli
-70 kq
Məsumə Məmmədli
+70 kq
Zemfira Əliyeva