Menyu

Bakıda keçiriləcək UFC turnirinin biletlərinin satış tarixi açıqlandı

Operativ Media
Bakıda keçiriləcək UFC turnirinin biletlərinin satış tarixi açıqlandı

Dünyanın aparıcı qarışıq döyüş sənəti təşkilatı UFC yenidən Bakıda turnir keçirəcək.

Operativ Media xəbər verir ki, turnir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Gecənin əsas döyüşündə yüngül çəkidə reytinqin 9-cu pilləsində qərarlaşan Rafael Fiziev 14-cü sırada olan meksikalı nokaut ustası Manuel Torreslə üz-üzə gələcək.

Tədbirin biletləri mayın 15-i saat 10:00-dan etibarən iTicket üzərindən satışa çıxarılacaq. Fight Club üzvləri biletləri mayın 13-də, öncədən qeydiyyatdan keçən azarkeşlər isə mayın 14-də əldə edə biləcəklər.

Əlaqəli Xəbərlər