Azərbaycan Kubokunun finalı Elçin Məsiyevə tapşırıldı
Operativ Media
Azərbaycan Kubokunun final matçını Elçin Məsiyev idarə edəcək.
Peşəkar Futbol Liqasından Operativ Media-ya verilən məlumata görə, "Sabah" və "Zirə" arasında keçiriləcək həlledici qarşılaşmanı 34 yaşlı FIFA referisi idarə edəcək.
Ona bu işdə Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar.
Azərbaycan Kuboku
Final
13 may
20:00. "Sabah" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.