Menyu

“Qarabağ”dan yay transferi – fransalı vinger azad agent kimi gəlir

Operativ Media
“Qarabağ”dan yay transferi – fransalı vinger azad agent kimi gəlir

Kiprin “Omoniya” klubunun futbolçusu Jali Muaddibin “Qarabağ”a keçidi təsdiqlənib.

Operativ Media xəbər verir ki, bu barədə kiprlilərin baş meneceri Giorqos İrakleus açıqlama verib.

Klub rəsmisi 25 yaşlı fransalı vingerin Azərbaycan təmsilçisi ilə müqavilə imzaladığını bildirib: “Qarabağ”la Muaddib arasında ilkin razılaşma var və gələn ildən o, artıq bizimlə olmayacaq. Ancaq deməliyəm ki, futbolçu aylar əvvəl bizə “Qarabağ”ın ona maraq göstərdiyini bildirmişdi. Hətta vurğulamışdı ki, komandanın liqada qalması uğrunda sona qədər mübarizə aparacaq. Paltardəyişmə otağında hamımız bir ailə kimiyik və komandada uğursuz nəticələr olanda bu birlik bizə çox kömək oldu. Liqada qalmağımıza da məhz bu amilin rolu böyükdür”.

Baş menecer Muaddibin transferindən maliyyə qazancı olub-olmayacağı sualını da cavablandırıb: “Onun müqaviləsində kiçik bir bənd var. Amma biz klub olaraq gələn mövsüm üçün riskə getmirik”.

Qeyd edək ki, Jali Muaddibin “Omoniya” ilə sözləşməsi mövsümün sonuna qədər olduğundan, oyunçu yayda “Qarabağ”a azad agent kimi keçəcək.

Əlaqəli Xəbərlər