İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - Fotolar - Video
Azərbaycan İdman Rəqsləri Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyi dəstəyi ilə idman rəqsləri üzrə ölkə çempionatı keçirilib.
Operativ Media xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Federasiyanın prezidenti Əli Həşimli çıxış edib.
O, Azərbaycanda idman rəqslərinin inkişafı istiqamətində görülən işlərdən danışıb və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb.
Çempionatda ölkənin müxtəlif bölgələrindən yüzlərlə idmançı iştirak edərək klassik, Avropa, Latın Amerikası və digər rəqs növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Münsiflər heyəti tərəfindən iştirakçıların texniki hazırlığı, səhnə mədəniyyəti və artistik performansı obyektiv şəkildə qiymətləndirilib.
Yarışın sonunda qaliblər diplom, medal və xüsusi mükafatlarla təltif olunublar.
Tədbir iştirakçılar və qonaqlar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanıb.
Federasiya rəhbərliyi bildirib ki, gələcəkdə ölkə çempionatlarında və beynəlxalq yarışlarda mütləq milli rəqslərimizlə də çıxışlar təşkil olunacaq. Həmçinin beynəlxalq turnirlərin təşkili, yeni rəqs mərkəzlərinin yaradılması və Azərbaycan idman rəqslərinin dünya arenasında daha geniş tanıdılması istiqamətində fəaliyyətlərin davam etdiriləcəyi vurğulanıb.