Yamal La Liqa titullarının sayına görə Ronaldonu geridə qoyub
Operativ Media
İspaniya La Liqasının 35-ci turu çərçivəsində keçirilən ev oyununda "Barselona" "Real"a 2:0 hesabı ilə qalib gələrək vaxtından əvvəl ölkə çempionluğunu rəsmiləşdirib.
Operativ Media xəbər verir ki, "kataloniyalılar"ın 18 yaşlı ispaniyalı yarımmüdafiəçisi Lamin Yamal komandası ilə birlikdə 2022/23, 2024/25 və 2025/26 mövsümlərində qazandığı uğurlarla üçqat İspaniya çempionu olub. Beləliklə, Yamal "Real"ın sabiq hücumçusu Kriştianu Ronaldunu geridə qoyub. Portuqaliyalı ulduzun aktivində iki çempionluq (2011/12 və 2016/17 mövsümləri) var idi.
"Barselona"nın yarımmüdafiəçisi 2025/26 mövsümündə meydana çıxdığı 45 matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda 41 yaşı olan Ronaldu karyerasını "Əl-Hilal" klubunda davam etdirir.