Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Dəməşq qubernatoru Maher Edlibi ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.
"Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya nümayəndə heyətinin WUF13-də iştirak etmək üçün Bakıya səfəri ərəfəsində Dəməşq qubernatoru Maher Edlibi ilə məhsuldar görüş keçirib", - məlumatda bildirilib.