Menyu

Azərbaycanda bəzi balıq növləri bahalaşa bilər - AÇIQLAMA

Ayşən Sadıxzadə
Azərbaycanda bəzi balıq növləri bahalaşa bilər - AÇIQLAMA

Azərbaycanda balıq idxalına mərhələli şəkildə vergi tətbiq olunacaq.

Operativ Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bu gün Bakıda keçirilən "Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Beynəlxalq Forumu"nda bildirib.

Onun sözlərinə görə, burada əsas hədəf yerli təsərrüfatların istehsal güclərini maksimuma çatdırmaqdır.

Bəs bu addım Azərbaycanda balıq qiymətlərinin artmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Operativ Media-ya Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli danışıb.

Onun sözlərinə görə, vergi tətbiq olunacağı halda balıq qiymətlərinin bahalaşması mümkündür:

"İdxal məhsullarına əlavə vergi qoyulanda onların bazara gətirilməsi daha baha başa gəlir və bu da adətən satış qiymətlərinə təsir edir.

Xüsusilə xaricdən gətirilən forel və digər məşhur balıq növlərində qiymət artımı hiss oluna bilər.

Amma məqsəd yerli balıqçılığı və balıq təsərrüfatlarını inkişaf etdirməkdir. Əgər yerli istehsal artsa, gələcəkdə bazarda təklif çoxalıb qiymətlər stabilləşə bilər”.

Əlaqəli Xəbərlər