Bu ilin yanvar-mart aylarında ölkədən təqribən 572 min ABŞ dolları dəyərində 2065 tondan çox neft bitumu ixrac olunub. Bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,08 faiz, həcm olaraq isə 1,01 faiz çoxdur.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,01 faizə bərabər olub.