Menyu

“Neftçi” 3x3 Dünya Seriyasında 1/4 finala yüksəldi

Operativ Media
“Neftçi” 3x3 Dünya Seriyasında 1/4 finala yüksəldi

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/4 finala yüksəlib.

Operativ Media xəbər verir ki, "ağ-qaralar" B qrupunda keçirdiyi hər iki matçda qələbə qazanıb.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Polşanı 22:14, Çini isə 19:17 hesabı ilə üstələyib.

Azərbaycan təmsilçisi 1/4 final oyununda sabah, Bakı vaxtı ilə saat 12:15 də Monqolustan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.

Əlaqəli Xəbərlər