Menyu

MLS klubu Neymarı heyətinə qatmaq istəyir

Operativ Media
MLS klubu Neymarı heyətinə qatmaq istəyir

“Sinsinnati” klubu “Santos”un hücumçusu Neymarın transferində maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda “talkSPORT” nəşri məlumat yayıb.

Mənbə bildirir ki, 34 yaşlı braziliyalı futbolçu ciddi zədələrdən qaça bilsə, MLS təmsilçisinə keçə bilər. Lakin Neymar “Sinsinnati” ilə müqavilə imzalamaq barədə qərarını 2026-cı il dünya çempionatının final mərhələsi başa çatana qədər verməyəcək. O, hələ də Braziliya millisinin heyətinə düşmək ümidindədir.

Neymarın “Santos” ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. O, 2025-ci ilin yanvarından bu klubda çıxış edir. Hücumçu daha əvvəl “Əl-Hilal”, PSJ və “Barselona”da da oynayıb.

“Transfermarkt” portalı oyunçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

“Sinsinnati” 2025-ci il mövsümündə MLS-in Şərq Konfransının turnir cədvəlində ikinci yeri tutub. 2026-cı il mövsümündə isə komanda hazırda altıncı pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər