Menyu

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,5 faiz artıb

Operativ Media
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,5 faiz artıb

Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 112 min 985 ədəd belə NKA quraşdırılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Operativ Media-ya bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz çoxdur.

Əlaqəli Xəbərlər